XADİMƏ | Sərbəst ticarətdə xoş tale sahibi olacaqsınız. |
XAKİ RƏNGİ | Röyada xaki rəng görmək – yuxu sahibi oğlandırsa əsgərliyə gedəcək, gənc qız isə ərə gedib ailə quracaqdır. |
XALA | Öz xalasını yuxuda görmək – xeyrə yozulur, gözləmədiyiniz bir yerdən mirasa və pula qovuşacaqsınız. – Xalanız sağdırsa – bu röya mal və mülk kimi yozulur. |
XALI | Röyada xalı – dünya anlamındadır. – Xalını yerdə sərili görmək – ömrə və düşməndən heç bir pislik gəlməyəcəyinə yozulur. – Xalı satın almaq – hər kəs üçün gəlirinin birdən-birə artmasını xəbər verir. |
XAMSA BALIĞI | Böyük bir xeyrə, işdə, mənəvi həyatda ailədə uğur və xoşbəxtliyə, gözlənilməz sərvətə yozulur. |
XANAZIR (xəstəlik) |
Röyada xanazır xəstəliyinə tutulduğunu görən adam sıxıntı içinə düşəcək və bu sıxıntıdan böyük mübarizələrdən sonra qurtara biləcəkdir. |
XANI BALIĞI | Yuxuda xanı balığı görmək – son dərəcə xeyirli yuxulardandır. Bəxt, qədər, qismət, pul, eşq, müjdə xəbərçisidir. |
XARABALIQ | Xaraba evlər arasında dolaşmaq – həyatınız boyu qazancınız qaydasında olacaqdır. |
XARDAL | Röyada yediyiniz qidaya xardal sürtmək – səhhətiniz yerindədir və xaraktercə nikbin adamsınız. |
XARRAT | Röyada görən adam çox qazanclı bir işə girəcək. – Özünün dülgərlik etdiyini görmək isə – yorucu, ancaq sonu uğurlu işlərə işarədir. |
XEYİR İŞ TUTMAQ | Röyada zəkat vermək və ya bir xeyir iş tutmaq – heç zaman həyatda kasıbçılıq görməyəcək, başqalarının yardımına möhtac qalmayacaqsınız. – Bir xeyirli işdən faydalanmaq, yaxud xeyirxah adamlardan yardım görmək – israfçılığa son vermək və qara gün üçün pul tədarükü görməyin gərəkliyinə işarədir. – Röyada özünü xeyrə bir iş üçün çağırılmamış yığıncaqda görmək – girişdiyiniz bütün işlər uğurlu olacaqdır. |
XƏBƏR | Röyada bir yerdən xəbər almaq – dostlarınızdan və sevdiklərinizdən yeni, maraqlı xəbərlər alacağınıza işarədir. |
XƏBƏRÇİ | Röyada ondan buna, bundan ona xəbər daşıyan bir xəbərçi ilə qarşılaşmaq – təzə xəbər və məktublar alacaqsınız. |
XƏDİM | Röyada özünü xədim olmuş görmək – yaxın zamanda böyük sərvət və ya mövqeyə qovuşacağınıza yozulur. |
XƏYAL (qarabasma) |
Yuxu əsasında qorxulu xəyalət görmək (qarabasma) – əvvəlcə üzüntüyə, sonra isə ani bir sevincə işarədir. – Əgər görülən xəyal tanış bir adamın ölüsünə aiddirsə – istək və arzularınız gerçəkləşəcəkdir. |
XƏYANƏT | Yuxuda birinin xəyanətə məruz qalması, yaxud bir dostunun sədaqətsizliyini başa düşməsi – gənc, subay oğlan üçün eşq üzüntülərinə və ya işdən dolayı sıxıntılara yozulur. – Orta yaşlı adam üçün bu yuxu – ətrafındakıların ona xəyanət etdiyinin anlayacağına işarədir. – Gənc qızlar belə röya görərsə, sıxıntılı və üzüntülü vəziyyətdə yazmış olduqları məktubda sevgililəri ilə qovğa edəcəklər. – Evli qadın üçün bu röya – ailədə birinin sədaqətsizliyindən çəkəcəyi üzüntü və iztirablar anlamına gəlir. |
XƏKƏNDAZ | Gözləmədiyiniz bir adamın sizi aldadacağına yozulur. |
XƏLBİR | Xeyrə yozulur, yüksək qədər – qismət, yaxşı mövqe qazanmaq deməkdir. – Xəlbir yuxuda – yaxşını pisdən ayırmaq, doğruyla yalanı bir-birindən seçmək, elm, qüdrət, izzət sahibi olmaq anlamına da gəlir. – Yuxuda bir kimsəyə nəsə vəd edilmişsə və vəd edən şəxs də ona xəlbir vermişsə, bu – o şəxsin vədini yerinə yetirmədiyini göstərir. |
XƏMİR MƏHSULLARI | Röyada xəmir məhsulları və xəmir xörəklərindən dadmaq – yaxında bir nikah dəvətnaməsi alacaqsınız. Röyada xəmir məmulatı hazırlamaq – macal tapan kimi evlənəcəyinizə yozulur. |
XƏNDƏK | Yuxuda xəndəyə düşmək – tərsinə yozulan röyalardandır. – Bürün sosial və işdəki çətinlikləri yenəcəyiniz anlamına gəlir. – Dostlarınızdan birini xəndəyə düşmüş görmək – dərdli bir dostunuza yardım edəcəksiniz. – Düşməninizi xəndəyə düşmüş görmək – haqqınızda söyləniləcək pis sözlərin və çirkin dedi-qoduların bu dedi-qoduları yayan adamın özünə zərər verəcəyinə yozulur. – Birinin xəndəkdən və ya çuxurdan çıxmasına yardım etmək – bir məsələni aydınlaşdırıb yoluna qoyacaq və bununla da işinizdə yüksələcəksiniz. – Röyada xəndək və ya çuxur qazmaq – işinizdə böyüyəcəksiniz. |
XƏNCƏR | Röyada birinin əlində xəncər görmək – maddi baxımdan vəziyyətinizdə bir sıra xoşagəlməz dəyişikliklər meydana çıxacaqdır. Yerdə xəncər görmək – sizə dost olmayan bəzi adamlar qrup halında birləşərək, mənafeyinizə zərər vurma yollarını arayırlar. Öz əlində xəncər görmək – liderlik qabiliyyətinizi yerində göstərmək üçün sizə bir çox fürsətlər veriləcəyini göstərir. Havada xəncər görmək – iradənizə hakim ola bilməyən bir hala gəldiyinizə və bunun da uğurlarınıza əngəl olacağına işarədir. Qınına qoyulmuş xəncər – dostlarınızdan birinə yaxınlarda gözəl bir müjdə verəcəyinizə yozulur. |
XƏRƏK | Ağır xəstəlik işarəsidir. |
XƏRİTƏ | Yuxuda xəritə ilə məşğul olmaq, üzərində çalışmaq – xaricdən bəyənmədiyiniz bir iş təklifi alacaqsınız. – Xəritə cızmaq – pul və sənət sahəsində uğur qazanacağınıza yozulur. |
XƏRÇƏNG | Hiyləgər, qapalı, söz demək mümkün olmayan adama yozulur. – Xərçəng yediyini görmək – uzaq bir yerdən xeyir görəcəyinizə işarə sayılır. |
XƏSTƏLİK | Yuxuda xəstə olduğunu görmək, ayəti-kəriməyə görə, nifaq və aynlığa yozulur. – Arvadını xəstə görmək – qadının dinində, imanında bir nöqsanlıq olduğuna işarədir. – Xəstənin dəvəyə, donuza və ya öküzə minməsi – onun öləcəyi ehtimalı var. – Xəstə olan uşağın xəstəlikdən qurtardığını, şəfa bulduğunu görmək – o uşaq əldən gedəcəkdir. – Bir şəhər əhlinin hamısını xəstə görmək – o şəhər düşmən tərəfindən mühasirədə qalacaqdır. – Özünü yuxuda minnət içində görmək – minnətdən qurtarmağa yozulur. – Yuxuda özünü xəstə görmək – bəzi yozucular düşməni qəhr etməyə, sağlam yaşamağa, ömrə və ya çoxlu mal-dövlət sahibi olmağa əlamət hesab edirlər. – Müsafirin yuxuda özünü xəstə görməsi – bir istəyi varsa, istəyin həyata keçməsi çətinləşəcək. – Tanış bir adamı röyada xəstə görmək – onun xəstə olması deməkdir. – Xəstəlik, eyni zamanda, ruziyə və mala, tövbəyə, dua və niyaza, eşqə də işarədir. İki oğlunun xəstə olduğunu görmək – iki gözünün xəstəliyə və ağrıya tutulacağını göstərir. – Qadının xəstəliyi – ərindən boşanmağa yozulur. – Kişinin xəstəliyi – arvadıyla təmasa işarədir. – Röyada alimlərin xəstəliyi – onların dilində nöqsanlıq bulunduğunu; öyrətmənin (müəllimin) xəstəliyi – şagirdlərin ondan qorxduğunu göstərir. – Övladın xəstəliyi – ana və ata üçün hüzn və narahatlığa dəlil sayılır. – Uzun müddət xəstə yatan birisinin yuxuda özünə ölüm arzulaması – onun sıxıntı və qayğılardan qurtulacağından xəbər verir. |
XƏSTƏXANA | Röyada xəstəxana yaxşılığa yozulmaz. Özünü xəstəxanada görmək – pul itkisinə, həyəcanlı anlar keçirməyə işarədir. Palatalardan birində yatdığını görmək – böyük bir düşmənlə qarşılaşacağınıza əlamət sayılır. |
XƏTİB (natiq) | Mühazirəçi və ya xətib bir adamı yuxuda görmək -hörmət-izzətiniz artacaq, mövqeyniz yüksələcək. – Bilgin (alim) də eynən xətib kimi yozulur. |
XİDMƏTÇİ (qulluqçu) | Gizli düşmənə işarədir. Röyada xidmətçi görmək – əgər qulluqçunuz varsa, onun yaşayış tərzini və hərəkətlərini nəzarətdə saxlamanız gərəkdir. |
XİYAR | Xiyar almaq və yemək – gündəlik və ömürlük ruziyə yozulur. – Evə xiyar alıb gətirmək isə – arvadınızın uşağa qalacağına və asan başa gələn ruziyə əlamət hesab edilir. |
XİTABƏT KÜRSÜSÜ | Yuxuda xitabət kürsüsündən nitq söyləmək – həyatda daim gözəl və ürəkaçan şeylərlə qarşılaşacaqsınız. |
XINA | Toy-düyünə və xoş xəbərə yozulur. |
XORUZ | Röyada xoruzu toyuqların arasında görmək – sonsuz bir eşqə işarədir. – Xoruzu banlayarkən görmək – işlərinizdə uğurlar qazanacaqsınız. – Xoruz döyüşünü seyr etmək – nankorluğu və ya bir qəsdə qurban gedəcəyinizi göstərir. – Röyada özünün xoruz olduğunu görən adam ölür. – Xoruzla mücadilə etdiyini görən adam birisiylə münaqişəyə girişəcək. – Xoruz evin kişisinə, toyuq isə evin qadınına işarədir. – Yuxuda birisinə xoruz beçəsi verilərsə onun övladı dünyaya gələcək və ö uşaq sonradan əsir düşəcək, yaxud kölə olacaqdır. – Röyada xoruz kəsdiyini görən kimsə əzan dəvətini qəbul eləməz. |
XORULDAMAQ | Röyada xoruldamaq – düşmənin röya sahibinə ilişməsinə, gizli saxlanan bir sirin açılmasına işarədir. Yaxud da qorxudan qurtulmağa, rahatlığa yozulur. – Röyada birinin xoruldadığını görmək – xoruldayan adam öz işində diqqətcil deyil, işlərində xəta və qüsurları olacaq, yaxın bir adamı onun xidmətində duracaqdır. |
XORTDAQ (xortdan) |
Yuxuda bəyaz geyimli xortdaq görmək -yaxın vaxtlarda röya sahibiylə əlaqədar xoş bir hadisə olacaqdır. – Ölmüş bir nəfəri röyada görmək, qorxmadan onunla danışıb söhbət etmək – gözəl yuxu olub, murada qovuşmağı xəbər verir. – Əgər röya sahibi qorxarsa, onda bu yuxu – əvvəllər baş vermiş və açılması arzu edilməyən bir olaya işarə saydır. |
XRİSTİAN | Röyada xristian görmək – yardım və qabiliyyəti ifadə edir. İxtiyar xristian – bədxahlığı bəlli bir düşmənə işarədir. – Yuxuda xristian olduğunu görmək – dayısına, xalasına varis olmağı və ya dindən sapmağı göstərir. – Röyada keşiş qurşağı bağlayan adamın oğlu olur. – Xristianları ayin və mərasim vaxtı görmək – önəmli bir məsələdən dolayı mükafatlandıracağınız anlamına gəlir. |
XROM | Yuxuda xrom mədəni görmək – iradənizin sağlamlığına və mücadilə gücünüzün olduğuna işarədir. |
XULİQAN | Röyada xuliqan, araqarışdıran adam görmək – açıqürəkli yeni bir dost qazanacağınıza yozulur. |
XURMA | Xurma görmək və ya yemək – bir qadından hədsiz iltifat görəcəyinizə işarədir. – Xurma çəyirdəyi – yaxın vaxtlarda gözəl bir çocuğunuz dünyaya gələcək deməkdir. |
XURMA AĞACI | Röyada çox kədər və əndişələrin sonunda zəfərə qovuşacaqsınız. |
XÜTBƏ OXUMAQ | Röyada minbərdən xütbə oxunduğunu görmək – əgər layiqsinizsə, rütbənizin və şöhrətinizin yüksələcəyinə, Tanrı dərgahında məqbul bir qul olduğunuza işarət saydır. – Etiqadı tam olmayanlar üçün belə bir röya fənaya yozulur. |