Memar Əcəmi stansiyasından Binəqədi istiqamətində hərəkət edən 170 saylı marşurutda yanğın hadisədi baş verib. Hadisə Şamaxinka ərazisində saat 10:30-da qeydə alınıb. Marşurut yarıya qədər yanıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Əraziyə gələn FHN-nin dövlət yanğından mühafizə xidmətinin əməkdaşları yanan marşurutu söndürməyə müvəffəq olub. Hadisə baş verən yerə Təcili Tibbi Yardım maşınları cəlb olunub.
Qeyd edək ki, 170 marşurutda istifadə müddətini başa vuran avtobuslar üstünlük təşkil edir. Sərnişinlər bununla bağlı Nəqliyyat Nazirliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq problem bu günə qədər həllini tapmayıb.