
Bugün keçirilən, Eurovision Mahnı müsabiqəsinin yarım-finalında möhtəşəm anlar yaşandı. Almaniyanın Düsseldorf arenasına toplaşan, həmçinin evdə tv ekranları qarşısında əyləşən hər bir kəs gözəl anların şahidi oldular. 18-ci çıxış edən Azərbaycan təmsilçiləri Elli və Nikki gözəl çıxışdan sonra baş tutmuş səsvermədə qalib 10 ölkədən biri kimi finala vəsiqə qazandılar. Çox təəssüf ki, qardaş Türkiyə-ni təmsil edən Yüksək Sədaqət qrupu finala çıxmadı. Həmçinin sevindirici hal kimi Ermənistan da finalsız qaldı.
Finala vəsiqə qazanmış 10 ölkə:
- Serbiya
- Latviya
- Yunanıstan
- Azərbaycan
- Gürcüstan
- İsveçrə
- Macarıstan
- Finlandiya
- Rusiya
- İslandiya
Onu da qeyd edək ki, final May-ın 14-ü keçiriləcək.