
Əvvəlcə səsvermədə iştirak edən hər bir İstifadəçiyə minnətdarlığımızı bildiririk. 183 Nəfərin fikrini bilmək bizim üçün çox maraqlı oldu.
Eurovision 2012 Bakı mahnı müsabiqəsinin harada keçirilməsini istəyənlərə 3 yer təklif edilmişdi: Yeni sarayın tikilməsi, T.Bəhramov adına Respublika stadionu və H.Əliyev adına Əl-oyunları sarayı. Səsvermənin nəticələri bunlardır:
149 nəfər 2012-ci ilədək yeni bir saray tikilməsini istəyir
25 nəfər müsabiqənin T.Bəhramov adına Respublika stadionunda keçirilməsini istəyir
9 nəfər isə H.Əliyev adına Əl-oyunları sarayını seçmişdir.
Nəticələr Mədəniyyət və Turizm Nazirliyinə göndərilmişdir.