
Buna bənzər bir rəsm çəkmək təsəvvür edilməyəcək dərəcədə çoxlu iş tələb edir. Yasmina Alaui və Marko Qerra belə gözəl və qeyri-adi şəkilləri çəkmək üçün köhnə və yeni texnologiyaları birləşdirdilər.
“Min bir yuxu” adını almış seriyanı düzəltmək üçün Qerra əvvəlcə lüt modellərin şəkillərini ağ-qara plyonka və ya palaroid vasitəsilə çəkir. Sonra isə Yasmina Alaui əl ilə şəkili – qələm, mürəkkəb və akvarellə çəkir. Bu qeyri-adi naxışları vurmaq üçün quru yarpaqlar, həşəratların qanadlarından istifadə edir.







