
Kristina Panesku-nun (Cristina Penescu) çəkdiyi heyvan rəsmləri o qədər real görsənir ki, onları hətta fotoaparatla çəkilmiş şəkillərə bənzədirlər. Maraqlısı odur ki bu rumın qızının heç bir formal təhsili yoxdur. “İncəsənətə və heyvanlara sevgi, məndə uşaq yaşlarından var” – deyə Ponesku bildirir. 20 yaşından özünü təsviri-incəsənətə həsr edib və o vaxtdan bəri akrillə və qravyura ilə şəkillərini çəkir.













