
Onun haqqında o qədər yazılar yazılır və söhbətlər gəzirdi ki, bu hadisə nə vaxtsa baş verməli idi. Nəhayət ki, iPhone dünyada ən bahalı telefon oldu.
Söhbət iPhone 4 Diamond Rose Edition-dan gedir. Bu telefon sizə 8 milyon dollara başa gələcək. Bu telefonu Stuart Hughes düzəldib. Sifarişi verən isə qızıl mədənləri olan və Avstraliya futbol komandasının sahibi olan Toni Seydc olub.
Gəlin baxaq görək telefonun qiyməti niyə belə bahadır. iPhone 4 Diamond Rose Edition 100 karat ağırlığında olan 500 brilliantla bəzədilmiş və korpusu çəhrayı qızıldan hazırlanmışdır. Əlavə olaraq 53 brilliant korpusun arxasındakı Apple loqotipindədir. Naviqasiya düyməcikləri 7.4 karatlıq brillinatla bəzədilib və platindən düzəldilib.
Belə telefona qeyri-adi bağlama da daxildir. Bu 7 kiloqramlıq dağ qranit daşından hazırlanmış bağlamadır.
Maraqlısı odur ki, iPhone 4 Diamond Rose Edition mini seriyadır və cəmi 2 32 Gb-lıq yaddaşlı telefondan ibarətdir.
