
RİM şirkəti rəsmi olaraq özünün 2 yeni Blackberry 7 əməliyyat sistemi ilə işləyən smartfonunu təqdim etdi: BlackBerry Bold 9790 və Curve 9380. Şirkət Curve modelində özünün firma stilindən əl çəkdi və CURVE modeli tam olaraq sensor ilə təchiz edilən ilk Blackberry modeli oldu. Satışa yaxın bir-neçə həftə ərzində buraxılacaq telefonlar NFC modulları ilə təchiz olunub. BOLD 9790 1 Hhz-lik prosessorla və sensor ekran və QWERTY klaviatura ilə təchiz olunub.
Smartfon 8 Gb daxili yaddaşla və microSD kart yaddaşı ilə təchiz olunub. BlackBerry Curve 9380 modeli daha maraqlı görsənir: bu sensor monoblok 3,2 dyumluq ekran və 5 meqapiksellik işıqdiodlu kamera ilə təchiz olunub. Bu model yeni Blackberry istifadəçiləri üçün nəzərdə tutulub. Onunla BBM, Facebook və Twitter-də işləmək çox asanddır. Smartfonlar əlavə reallıq funksiyasını dəstəkləyir və BBM-ə inteqrə olunmuş Wikitude AR funskiyası ilə ərazi cəhətdən yaxınlıqda olan kontakları görməyə imkan yaradır. NFC modulu isə kontaktsız online ödəmələri yerinə yetirməyə imkan yaradacaq. Yeni smartfonları qiymətləri açıqlanmayıb.