Lyuks telefon istehsalçısı Vertu yeni müasir smartfonunu təqdim edib. Bu smartfon VERTU TI adlanır və android əməliyyat sistemi ilə çalışır.
VERTU Tİ 1,7 Hhz prosessorla təchiz edilib, əməliyyat sisteminin versiyası Google Android 4.0, Ice Cream Sandwich-dir.
8 Mp-lik kamera avtofokus və işıqdiodlu işıqla təchiz olunub. Ön kamera 1.3 Mp-dir. Daxili yaddaş 64 Gb-dır. Həmçinin məlumat ötürülməsinin təhlükəsizliyini Near Field Communication qoruyur.
VERTU TI unikal görünüşə malikdir – titan korpus sayəsində telefon daha eleqant və yüngül olub, həmçinin gözəl dəri işləmələr, həmçinin Vertu telefonları arasında ən böyük 3.7 dyumluq sapfir ekranla da təchiz olunub.
Sapfir şüşə demək olar ki, istənilən növ çat və cızıqlardan ekranı qoruyur. Test yoxlamaları zamanı VERTU TI-ın ekranı digər smartfonlardan 4 dəfə çox davamiyyətli olub. Titan korpus isə digər smartfonlardan 5 dəfə daha bərkdir.
Telefonun bir çox unikal funskiyaları var. Bunlar arasında smartfona əlavə olunmuş yeni Vertu düyməsini göstərmək olar. Bu düymə vasitəsilə istifadəçiyə bir çox maraqlı funksiyalar açılır. Məsələn, bu knopkanın köməyi ilə təkcə telefonun təhlükəsizliyini qorumaqla yanaşı, telefonun yiyəsinin də təhlükəsizliyi qorunur.
Qiyməti isə 8 000 yevrodan artıqdır.