
Siz mobil telefonları və digər qadcetləri enerji ilə necə doldurursunuz? Çox güman ki, standart doldurma vasitələri və kompyuterin USB çıxışı vasitəsilə. İkinci variant ehtiyyat kimi sayılsada, USB çıxış təkcə kompyuterdə deyil avtonom enerji mənbəyində də ola bilər. Belə bir variantı çin dizaynerlər kvarteti Continuance adı ilə Sizlərə təqdim edir.

İdeya çox sadədir: bu adi akkumulyator batareyasıdır, sadəcə olaraq üzərində USB çıxış var. Bu batareyalardan bir-ikisini alırsız, evdə enerji ilə doldurursunuz və səhər işə gedərkən özünüzlə aparırsınız. Continuance batareyaları ilə Siz mobil telefonunuzun akkumulyatorunun ən vacib momentdə boşalmasından qorxmayacaqsınız. Həmçinin heç kim bu batareyaların əsas funksiyasını yox etmiyib=) Onu saata, pulta, fonara və s. taxmaq olar.