Bu məqaləmizdə Windows 8 istifadəçilərinə qısa-yol düymələrini tanıdacağıq. Klaviatura qısa-yolları kompyuterimizi daha məhsuldar və praktik istifadə edə bilməyimizi təmin edir. Uzun yollarla axtarıb tapdığınız bəzi işləmləri iki və ya üç klaviatura düyməsi ilə saniyələr içində aça bilərsiniz.
Windows 8 üçü qısa yol düymələri ilə aşağıdakı siyahıda tam atnış ola bilərsiniz:
(Windows düyməsi klaviatura üzərindəki Windows Logosu olan düymədir. Klaviaturanın ən alt sol tərəf sırasında CTRL və ALT düymələri arasında yerləşir.)
Ctrl + Plyus (+) və ya Ctrl + Minus (-): Ekran görüntülərini, həmçinin başla (Start) səhifəsini yaxınlaşdırır və ya uzaqlaşdırır.
Ctrl + Scroll: Ekran görüntülərini, həmçinin başla (Start) səhifəsini yaxınlaşdırır və ya uzaqlaşdırır.
Windows düyməsi + F: Axtarış səhifəsini açır.
Windows düyməsi + H: Paylaşmaq səhifəsini açır.
Windows düyməsi + I: Nizamlamalar səhifəsini açır.
Windows düyməsi + K: Alətlər səhifəsini açır.
Windows düyməsi + O: Ekran nizamlamalarını açır.
Windows düyməsi + W: Proqramlar üçün axtarış səhifəsini açır.
Windows düyməsi + Z: Tətbiq əmrlərini açır. (Başla səhifəsində)
Windows düyməsi + Space Tuşu: Yazı dillərini dəyişdirir.
Windows düyməsi + Ctrl + Space Tuşu: İlk seçilən yazı dilinə çevirir.
ALT düyməsi + Tab: Çalışan proqramlar arasında qısa keçid.
Windows düyməsi + Ctrl + F: Şəbəkədəki kompyuterləri göstərər. (şəbəkəyə qoşulu olmaq lazımdır)
Windows düyməsi + Pause: Kompyuterin sistem xüsusiyyətlərini açır.
Windows düyməsi + Plyus (+): Ekran böyüdəni açır.
Birinci de men deyim. Ctrl +miskanin SAG duymesi Jemen qovluq ve ya fayla uygun cmd bolmesi acir . cmd ile ishleyenler ucun Cox vacib ve lazimli bir keciddir.