Facebook-un ən önəmli özəlliklərindən biri, yalnız dost siyahısına əlavə edildikdən sonra siz kiməsə şəxsi məktub göndərə bilərsiniz. Facebook Administrasiyası bu qaydanı dəyişməyə razıdır, amma bunun üçün simvolik pul – 1 dollar ödənməlidir. Artıq bir neçə Facebook Profilində bu sistem sınaqdan keçirilib. Bu sınaqlarda Mark da iştirak etmək qərarına gəlib. Və o ona şəxsi məktub yazmaq istəyənlərə 1 dollar yox 100 dollar simvolik qiymət qoyub.