
[divider]
Terrafugia Oskosh Visconsin ( Amerika ) ilk açıq uçuşunu nümayiş etdirdi. Terrafugia nümayəndə heyyəti 20 dəqiqəlik nümayiş uçuşu ilə maşının necə uçduğunu, qatlanan qanadların necə idarə olunduğunu göstəriblər. ABŞ Federal Aviasiya İdarəsi tərəfindən uçan yüngül idman avtomobili adlandırılmış bu maşın yollarda qanuni şəkildə idarə oluna biləcək.
[divider]
Provision 3D Media firmasının istehsal etdyi HoloVision adlı məhsul, proyektordan şüşəyə əks etdirilən kvazi-holloqamdan əlavə, filmlərdə gördüyümüz havada üzən holloqrafik görüntü olacaq. Xüsusilə də, yaranan görüntü təxminən 2 metr hündürlüyündə bir holloqram olduğundan evdə öz boyumuzda bir vitual şəxsin olması həyacan verici ola bilər. Sanki elmi-qurğu filmlərindən çıxıb gəlmiş kimi görünən bu holloqram rəngli olduğundan evinizi ayaq basmış yeni bir qonağınız olacaq.
[divider]
3 ölçülü priniterlərə daha alışmamışkən, yeni bir Kickstarter proyekti 3 ölçülü skaner, surət çıxarma, çap, hətta fax yazan bir aləti təqdim etdi. Yəni bu cihaz 3D fax qəbul edəbilir. 7 inç həssas ekranı sayəsində Zeus kompyuterdən və internetdən asılı olmadan işləyə bilir.
[divider]
4. Sonte özü qaralan ekran plyonka
Ağıllı şüşələr evlərdə və ofislərdə istifadə olanacaq. Elektrik axımı tətbiq edildikdə şəffaf və ya qeyri-şəffaf ola bilir. Nə qədər lazımlı bir ixtira olsa da bahalı və az sayda olan bir texnolgiyadır. Bir sıra bahalı texnologiyalardan fərqli olaraq Sonte Film yeni yaratdığı plyonkanın köməyi ilə mobil telefonla idarə oluna bilən naqilsiz “ağıllı şüşə plyonkası” təklif edib. Bu plyonkanın köməyi ilə istənilən şüşə “ağıllı şüşəyə” çevrilə bilər. Bir təmasla şüşəniz tündləşir və ekran pərdə funksyasını icra etməyə hazır olur.

[divider]
Johannes Kepler Universiteti Avstrya Linzden olan bir araşdırma heyyəti yeni növ görüntüləmə metodu kəşf edib. Yeni cihazda bir təbəqəlilik, düz səthlik kimi müsbət xüsusiyyətlər cəmlənib. Araşdırma heyyəti bu yeni görüntü sensorunun dijital kameralar, medikal skanerlər ya da yeni nəsil telefonlar, tabletlər və TV – lərdə istifadə oluna biləcəyini qeyd edirlər. Nazik qat polimer istifadə olunaraq hazırlanan bu cihazın daxili hissəsində heç bir elektron detal istifadə olunmadığından, gələcəkdə hərəkətə həssas cihazların istehsalında bu metoddan yararlanmaq mümkün olacaq.
[divider]
Emopulse firması bir ağıllı telefon istehsal etmək ərəfəsindədir. Emopulse nümayəndəsi Apple ve Samsungun buna bənzər istehsalının olacağı təqdirdə, onların məhsulunun daha keyfiyyətli olacağını söyləməsinə baxmayaraq, hələki Emopulse Smile Elastik Ekranlı Saat Telefon hələki rəqibsizdir. Bu saat yüksək keyfiyyəti, elastik OLED ekranı və rahat menyusu ilə o qədər müasirdir ki, onu sizin qolunuzda görənlər, sizin gələcəkdən gəldiyinizi zənn edə bilər. Saatın ekiz ekranlarını Schott su keçirməz və şoka dayanıqlı şüşədən istehsal etmək planlaşdırılır.
[divider]
7. Leap MotionCES -in 2013-cü ildə Las Vegasda təqdim olunan Leap Motion-u bədən hərəkətləriylə idarə etmək mümkündür. Eyni ilə Minority Report filmindəki kimi havada əl hərəkətləri edərək idarəetmə mümkündür. 8×2,5×1,25 sm ölçülərində olan Leap motion ilə 10 barmağın 1/100 mm həssasiyətilə idarə etmə mümkündür.
[divider]
Müəllif: Aliyə Əhmədova [asanfizika.blogspot.com]