Sizlərə Azərbaycan dilinə tərcümə olunmuş Photohop dərsliyi təqdim edirik. Dərslikdə köhnə şəkillərin bərpa olunması addım-addım göstərilmişdir. Güclü Photoshop dizayneri deyilsinizsə, Photoshop öyrənmək istəyirsinizsə bu dərslikdən istifadə edin.
Köhnə şəkillərin bərpası
İlk öncə üzərində işləyəcəyimiz şəkli açırıq.
İndi isə alətlər panelindən Patch Tool alətini seçirik.
Sonra Patch Tool aləti ilə zərər dəymiş hissəni seçirik. Bunu etmək üçün mouse`un sol düyməsini sıxıb, zərər dəymiş sahənin ətrafında fırladırıq. Sonra görəcəksiniz ki, bu sahə seçildi. Daha sonra isə Patch Tool aləti ilə bu sahənin içərisinə gəlirsiniz və sizin Patch alətiniz aşağıdakı şəkildəki kimi olmalıdır. Sonra isə mouse`un sol düyməsini sıxaraq içəridə fırladın, nə zaman ki, gördünüz təmiz sahə oldu, əlinizi saxlayın.Sonra kənarda bir dəfə mouse`un sol düyməsini sıxın.
Sonra sizdə aşağıdakı kimi nəticə olmalıdır.
İndi isə digər hissələri seçirik.
Yuxarıdan başqa bir bölgəni seçib, zərərli hissəyə gətiririk.
Yuxarıdakı hissədə işlədikdən sonra nəticəmiz belə olacaq.
İndi isə digər hissələri təmizləyirik. Bu da eyni qayda ilə olacaq. Təmiz hissəni seçirik və zərər dəymiş hissəyə gətiririk.
Zərər dəymiş hissəyə yaxın yerdən seçirik.
İndi yuxarıdakı zərər dəymiş hissələri eyni qayda ilə düzəldirik.
İndi isə sol yan tərəfi düzəldirik.
Sonra sağ tərəfidə düzəldirik.
Arxa hissə üzərindəki təmizlikləri etdikdən sonra Rectangular Marguee Tool alətimizi seçirik.
Rectangular Marguee Tool aləti ilə kişinin üzünün bir tərəfini seçirik və CTRL+J düymələrinə sıxaraq seçdiyimiz hissəni ayrı bir layer`də açırıq.
Daha sonar bu hissəni digər tərəfə keçirtməyimiz lazımdır. Bunun üçün yeni layer`i seçirik və CTRL+T düymələrinə sıxırıq.
CTRL+T düyməsinə sıxdıqdan sonra aşağıdakı şəkildə qırmızı ilə haşiyəyə alınmış nöqtədən tutub ox istiqamətində çəkirik. Şəkilin digər tərəfini düzəldənə qədər.
Sağ tərəfdəki kvadratları itirmək üçün Eraser Tool alətini seçirik və artıq hissələri silirik.
Nəticə aşağıdakı kimi olmalıdır.
Yenidən Patch Tool alətini seçirik və arxa fondakı cızıqları ləğv etdiyimiz kimi üzdə olan cızıqlarıda o cür ləğv edirik.
Patch Tool aləti ilə işlədikdən sonra nəticəmiz bu cür olmalıdır.
Digər zərər dəymiş sahələridə bu alətlə təmizlədikdən sonra sizdə aşağıdakı kimi nəticə alınmalıdır.Mənim nəticəm.
bəs bu proqramı yükləmək olmurmu